"Ərdoğanla Putin 120 saatdan sonrakı prosesi danışacaq"

Türkiyənin Suriyadakı fəaliyyəti bu ölkədəki vəziyyətə proporsional olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O, qardaş ölkənin Suriyadakı əməliyyatlarının sabitlik prosesinin gedişatına mane yaratmamasının vacibliyinə diqqət çəkib.

"Məlum olduğu kimi, sabah 120 saat və ya 5 günlük müddət dolur. Sonra vəziyyətin necə davam edəcəyini görəcəyik. Liderlərimiz də tam olaraq bu məsələni müzakirə edəcək", - Uşakov qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu