ABŞ 2 min əsgərini geri çəkdi

ABŞ Əfqanıstandan 2 min əsgərini geri çəkib.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı, general-leytenant Ostin Skott Miller Pentaqonun bu ölkədəki qoşunlarının sayının 12 minə endiyini təsdiqləyib. Qeyd olunur ki, Taliban hərəkatı ilə danışıqlarda yekun qərar qəbul edilməməsinə rəğmən ABŞ hökuməti əsgərlərin çıxarılması prosesinə start verib. Bundan başqa, qəzetə məlumat verən hərbi mənbə bildirib ki, bu yaxınlarda Pentaqonun Əfqanıstandakı əsgərlərinin sayı 8,6 min nəfərə endirilə bilər.

Oktyabrın 20-də ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstan Prezidenti Əşrəf Qani ilə keçirdiyi görüşdə bildirib ki, Vaşinqton terrorizmə qarşı mübarizədə Kabili dəstəkləməyə davam edəcək. Onun sözlərinə görə, hərbi kontingentin sayının azaldılması bu ölkədə fəaliyyət göstərən terrorçu təşkilatlara qarşı mübarizəyə mane olmayacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu