17 il sonra: Rusiyada 3 azərbaycanlının qatili həbs edildi 

2002-ci il iyun ayının 2-də Sankt-Peterburqda 3 azərbaycanlını qətlə yetirən şəxs saxlanılıb.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, 33 yaşlı, şərti soyadı Mamin kimi göstərilən şəxs Penza şəhərində həbs edilib.

Məlumata görə, hadisə mübahisə zəmində baş veribmiş. Mamin yerli bazarda azərbaycanlılarla mübahisə edib. Amma bu mübahisənin sonu dəhşətli qətllərlə bitib. Axşam azərbaycanlıların mənzilinə gələn 33 yaşlı Peterburq sakini, onların hər üçünü qətlə yetirib.

Bundan sonra sənədlərini dəyişən Mamin Rusiyanın müxtəlif regionlarında gizlənib. İki gün əvvəl isə Penzaya gəlib və polis tərəfindən saxlanılıb. İndi onun bu və ya digər cinayətlərdə iştirakı aydınlaşdırılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu