Oxrimenko: "Xarici qüvvələr ölkənizdə vəziyyəti sarsıda bilməyəcək"

Oktyabrın 19-da Bakıda icazə verilən yerdə aksiya keçirməkdən imtina edən bir qrup müxalif düşüncəli şəxsin icazəsiz mitinqi bir çox suallar doğurmaqda davam edir. İlk olaraq, söhbət xarici qüvvələr tərəfindən açıq dəstəkdən gedir. 

Niyə müxalifət razılaşdırılmış mitinq əvəzinə şəhər mərkəzində iğtişaşlar yaratmağa çalışıb? İcra hakimiyyəti tərəfindən ayrılmış başqa yerdə kütləvi aksiya keçirməyə nə mane olur? Cavab aydındır - kütləvi dəstəyin olmaması... Stadionda 300-400 nəfər gülməli görünəcək. Eyni sayda adamın şəhərdə qaçması kütləvi etiraz aksiyası mənzərəsi yaratmaq imkanı verir. 

Media.Az Ukrayna Analitik Mərkəzinin direktoru Aleksandr Oxrimenko ilə söhbət edib.

- KİV-də belə informasiya yayılıb ki, Bakının mərkəzində baş tutan son aksiyada ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşlarının əli var. 

- Əlbəttə, ABŞ dünya lideridir. “Narıncı inqilab” metodu isə öz məqsədlərinə çatmaq üçün üsuldur. Ancaq yerli faktorları da nəzərdən qaçırmaq olmaz. Çox güman ki, Ukrayna təcrübəsi ilə desəm, ölkə daxilində biznes-elita ilə əlaqəli qüvvələr var. Bu, hakimiyyətin sabitliyinin sınağı idi.

- Ancaq xarici təsirə qayıtsaq, həqiqətən də, ABŞ icazəsiz aksiyaları dəstəklədikləri ölkələrlə münasibətlərin pisləşməsindən narahat deyil?

- Bizim ölkələrimiz nəticələr barədə fikirləşir, ABŞ isə yox. Özlərini ən güclü, ən nəhəng hesab edirlər və bu mövqe dəyişməzdir. Vaşinqton hesab edir ki, hamı onların qarşısında əyilməlidir. Bu vacib amildir.

- Bəs ABŞ-ın digər ölkələrin işlərinə qarışmadığını elan edən Prezident Donald Trampın siyasəti haqqında nə demək olar?

- ABŞ-da prezident bütün səlahiyyətlərə malik deyil. O, dövlət qulluqçularından biridir. İstənilən senator prezidenti “döyüşə” çağıra bilər. Tramp öz mövqeyini, Senat digər, Konqres isə üçüncü mövqeyi səsləndirə bilər. 

- Siz “maydan”ların tərəfdarı deyilsiniz, bunu dəfələrlə demisiniz. Elə hallar olub ki, insanlar “narıncı inqilab” ideyasına aldanıblar? 

- Qərb və ABŞ-ın dəstəyilə “rəngli inqilab” cəhdləri ölkədə biznes, oliqarxlar tərəfindən dəstək olarsa, mümkündür. Əgər bu olmasa, heç bir şey baş verməyəcək. Əsas təhlükə yalnız zəngin siyasi elitanın ayrı-ayrı nümayəndələrindən ola bilər. Misal üçün, Ukraynada birinci və ikinci “rəngli inqilab”lar - bu, ukraynalı iş adamlarının nümayişlərinin nəticəsidir. Azərbaycana gəlincə isə, xarici qüvvələr ölkənizdəki vəziyyəti sarsıda bilməyəcəklər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu