Keçmiş sevgilisini və onun rəfiqəsini bıçaqlayan azərbaycanlı ələ keçdi

Rusiyada bir nəfərin ölümündə, bir nəfəri isə yaralamaqda ittiham edilən Azərbaycan vətəndaşı ələ keçib. 

Oxu.Az xəbər verir ki, 36 yaşlı azərbaycanlı Sankt-Peterburq şəhərində saxlanılıb.

Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Azərbaycanlı mətbəx bıçağı ilə mübahisə zəminində əvvəlcə keçmiş sevgilisini, daha sonra isə onun rəfiqəsini bıçaqlayıb. 

Qadınlardan biri hadisə yerində keçinib, digəri isə yaralı halda xəstəxanaya yerləşdirilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu