Vitse-spiker: "Siz Əbülfəz Elçibəyə də xəyanət etmisiniz"

"Bu gün radikal müxalifətdə heç bir inkişaf yoxdur. Mütaliə yox, başqa inkişaf yox. Ay kişi, Azərbaycan kosmik dövlətdir e! Azərbaycan Avropa Oyunlarını olimpiya oyunları səviyyəsində keçirib. Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edir"

Sherg.az-ın məlumatına görə, bu sözləri parlamentin iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.  O qeyd edib ki, Azərbaycan  bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilmiş dövlətlərindən birinə çevriləcək. 

Z.Əsgərov 1992-ci ildə Azərbaycan tərəfindən imzalanmış Mülki və siyasi hüquqlar haqda pakta toxunub:

Özünə radikal müxalifət deyən insanların xəyanət xronikasına, anatomiyasına baxanda adamı dəhşət bürüyür. Əli Kərimli, bunu sizin dırnaqarası sevgi bəslədiyiniz Əbülfəz Elçibəy imzalayıb. Siz Əbülfəz Elçibəyə də xəyanət etmisiniz. Onlar bilirlər ki, metronun 200 metr yaxınlığında aksiya keçirmək olmaz. Deyirlər ki, biz hakimiyyətə qarşı yürüşə keçirik. Ə sən kimsən e, hakimiyyət orqanlarına qarşı yürüşə çıxırsan?!”

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu