Milli Məclis Qasımovu müstəqil deputatların MSK-dakı nümayəndəsi təyin etdi

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında” qanun layihəsinə baxılıb.

Modern.az-ın xəbərinə görə, iclasda bildirilib ki, parlamentin heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından MM sədri Oqtay Əsədova müraciət ünvanlanıb.

Qeyd olunub ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq, qəbul edilib.

Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinün müdiri olub, 2011-ci ildən isə MSK Katibliyinin müdiridir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu