Bakıda ilk: Dördtərəfli piyada keçidi təşkil edildi - FOTO

Bakıda ilk dəfə dördtərəfli piyada keçidi təşkil edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:

- Sarı kəsişmə toru təşkil edilib;
- Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;
- Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Qeyd olunub ki, həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu