Millət vəkili TV-ləri tənqid etdi: "Kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər"

Parlamentin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov telekanalları tənqid edib.

Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, seriallarda və bəzi verilişlərdə zorakılıq təbliğ edilir: 

"Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib. Sonra məlum olurdu ki, həmin insanın maddi ehtyacı olmayıb. Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur. Seriallarda kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər. Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda bir seriala baxırlar, başlayırlar dəyişib serialdakı kimi danışmağa. Televizyialarda Bədii Şuralar yaradıldı. Bir çoxlarının beynindən sovet dövründəki kimi Bədii Şura keçirdi ki, kiməsə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial təbəqələr var. Burada icazə verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndinmə işləri aparılmalıdır. Televiziyalar diqqətli olmalıdırlar”.


Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu