Qənirə Paşayeva: "Uşaqlar qumar oynayırlar, siqaret çəkirlər"

"Uşaqlar, yeniyetmələr arasında qumara, qumar oyunlarına çox böyük maraq yaranıb. Bu, çox qorxulu tendensiyadır".

Sherg.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında xanım deputat Qənirə Paşayeva deyib.

Millət vəkili qeyd edib ki, “SOS” siqnalı çalmağın vaxtıdır:

"Biz bu qorxulu tendensiyanın qarşısını almalıyıq. Həmçinin qeyd edim ki, uşaqların tütün məhsullarına marağı artıb. Siqaretdən gənclərin istifadə etməsi narahatlıq yaratmaya bilməz. Düzdür, qanunvericiliklə bu məsələlər tənzimlənir. Amma məsələ bununla bitmir. Bu gün məktəblərin ətrafında tütün məhsulları satan mağazalar, dükanlar, marketlər var. Orada açıq-aşkar siqaret satılır və uşaqlar da onlardan istifadə edərək, zərərli vərdişlərin aludəçisinə çevrilirlər. Biz elə etməliyik ki, bu kimi halların qarşısı alınsın. Uşaqlarımız qumarın, qumar oyunlarının, tütün məhsullarının, zərərli vədrişlərin iştirakçısına və aludəçisinə çevrilməsinlər". 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu