Beynimiz öz ölümümüzü rədd edir, amma... – Alimlərdən maraqlı FAKT... 

Beynimiz öz ölümümüzü rədd edir, ancaq başqalarının ölümünü tamamilə qəbul edir.

“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki,bu barədə  “NeuroImage” jurnalının bir nəşrində fransız və israilli tədqiqatçılar tərəfindən aparılan araşdırma dərc olunub. 

Yazıda qeyd olunur ki, beynimiz öləcəyimizlə bağlı reallığı dərk edə bilmir.

Beynimiz ölümümüzün mövcudluğunu inkar edərək, bizi mənəviyyatımıza zərər verən ekzistensial təhlükələrdən qoruyur. Daha dəqiq desək, beynimiz  ölümümüzü düşünməyimizə mane olur. Məhz buna görə də biz özümüzün ölümdən çox başlarının ölümünü düşünürük və qəbul edirik. 

Yəhudi alim, Er Dor-Ziderman qeyd edib ki, beyində bir mexanizm var ki, o mexanizm beyin özünü ölümlə bağlayan məlumat aldıqda bizdə ölümə qarşı şübhə yaradır və biz bu gerçəkliyə inanmırıq:

“Yəni biz öləcəyimizi in kar etmirirk, amma buna inanmaq istəmirik. Bunu ən çox başqalarının başına gələn bir hadisə kimi qiymətləndiririk. Çünki insan öz ölümünü qəbul edə bilsə, o, çox yaşaya bilməz. İnsan daim ölüm haqqında düşünsə, onun həyat eşqi, yaşamaq şövqü qalmazq və özün-özünə partlayıb ölər. Beyindəki həmin mexanizm insanı bu düşüncədən uzaqlaşdırır və insan öz ölümünü qəbul edə bilmir”.
 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu