İndiki qaragüruh vaxtilə Heydər Əliyevin Bakıya qayıtmasını istəmirdi - TARİX

“Prezidentin Hacıbala Abutalıbovu qəbul etməsi və onunla yekun söhbətində toxunduğu məqamlar yaxın keçmişin siyasi tarixini incələmək və bugünkü proseslərə doğru-düzgün qiymət vermək baxımından çox önəmlidir”. 

Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, dövlət başçısı 28-29 il öncəki tariximizə qısa bir ekskursiya etdi və həmin dövrün dəhşətli, məşum bir faciəsini, terror hadisəsini xatırlatdı: 



Partiya sədri: "Süni surətdə yaş senzini təyin etməklə Heydər Əliyevin ölkə prezidenti seçilməsini əngəlləməyə çalışdılar"


“Azərbaycan təzə müstəqil olan vaxt müəyyən qüvvələr Ulu Öndər Heydər Əliyevin Azərbaycana, Bakıya qayıtmasına mane olmaq üçün əllərindən gələni edirdilər. Onlar başa düşürdülər ki, bu xalq gec-tez yenidən Ulu Öndəri Azərbaycanın siyasi rəhbərliyinə gətirmək istəyəcək. Odur ki, hər vəchlə Heydər Əliyevin ölkənin siyasi olimpinə gedən yolunu kəsməyə çalışırdılar. Və bu mənfur məqsədlərinə nail olmaq, o cümlədən Ulu Öndəri qorxudaraq siyasi hədəflərindən əl çəkməyə məcbur etmək üçün ən yaxın silahdaşlarından biri olan Əjdər Xanbabayevi də vəhşicəsinə öldürdülər. Habelə süni surətdə yaş senzini təyin etməklə Heydər Əliyevin ölkə prezidenti seçilməsini əngəlləməyə çalışdılar. Bir sözlə, ağıla gələn və gəlməyən hər varianta, hər cürə üsullara əl atdılar. Ancaq cənab Prezidentin də qeyd etdiyi kimi, Heydər Əliyev bu gün özünü "lider" kimi təqdim edənlərdən fərqli olaraq qorxaq kimi davranmadı. Əksinə, xalqın təkidli tələbi ilə geri dönərək həqiqi lider kimi ölkəni və milləti xilas etmək üçün gərəkən bütün addımları atdı. Mən dövlət başçısının Ümummilli Liderlə bağlı  toxunduğu bu məqamı həlledici məqam kimi dəyərləndirirəm”. 

Ə.Hüseynovun sözlərinə görə, Prezident söhbətin bu yerində bütün diqqətləri məhz lider-xalq vəhdətinə yönəltdi: 

“Heydər Əliyevin gücü onun hər zaman xalqa güvənməsində idi. O, gücünü xalqdan alırdı. Bu, bir siyasi lider üçün çox önəmli amildir. Dövlət başçısı İlham Əliyev də diqqəti məhz bu nöqtəyə yönəltməklə Ulu Öndərin ənənəsini davam etdirdiyini bəyan etdi. Prezident xalqdan dəstək alaraq geniş kadr islahatlarına start verib. Eyni zamanda həm Ulu Öndərin komandasında, həm də hazırki komandada fəaliyyət göstərmiş sədaqətli kadrların xidmətlərinə böyük önəm verdiyini nümayiş etdirdi”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu