260 insanı öldürən virus yenidən aktivləşib – TƏŞVİŞ 

Nipah virusu Hindistanı yenidən “vurur”
 
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, 2018-ci ilin iyun ayından bəri bu virus əhalini narahat etməyə başlayıb.   

Belə ki, Hindistan hakimiyyəti 4 iyun 2019-cu il çərşənbə axşamı günü ölkənin cəbubunda Kerala əyalətində  bir tələbənin Nipah virusuna yoluxduğunu elan edib.



Kerala səhiyyə naziri KK Shailaja jurnalistlərə açıqlamasında 23 yaşlı tələbənin yüksək atəş səbəbiylə xəstəxanaya yerləşdirildiyini bildirib. Son iki həftə
ərzində onunla təmasda olan 90-a yaxın insan, onu müalicə edən iki tibb bacısı da nəzarət altına alınıb. Bir nəfər isə karantində saxlanılır.  Kerala regional hökuməti, epidemiyanın qarşısını almaq üçün addımlar atarkən insanları sakit olmağa çağırıb. Artıq Hindistan hökuməti həmin bölgəyə dərman göndərib. 

Qeyd edək ki, bu günlərdə bir neçə nəfər də həmin virusa yoluxub.

Yazıda bildirilir ki, Cənubi və Cənub-Şərqi Asiyada yayılan Nipah virusu yarasalar vasitəsilə ötürülür. İnsandan insana ötürülməsi də mümkündür. Ümumdünya Səhiyyə Təşkilatı da bunu təsdiq edir. O xəstəliyin ölüm riski 40 – 75 faiz arasında dəyişir. 

Məlumat üçün bildirək ki, 2018-ci ilin may ayına qədər bu virus Keralada artıq 17 nəfərin ölümünə səbəb olub. Ümumiyyətlə, Nipah ilk dəfə 1999-cu ildə təsbit edildiyi üçün, əsasən Malayziya (Banqladeş) və Hindistanda 260-dan çox insanın həyatına son qoyub.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu