Deputat: "Xalqın təkidli tələbi ilə Ulu Öndər hakimiyyət başına gəldi və, Azərbaycanı xilas etdi"

“Ölkə başçısının Hacıbala Abutalıbovu qəbul edib ona gördüyü işlər üçün minnətdarlıq etməsi Cənab Prezidentin böyüklüyünü bir daha göstərdi”. Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputat qeyd edib ki, indiki zamanla 1989-1990-ci illər eyni deyil:

“Çünki  həmin illərdə büdcəmiz boş və ölkəmiz müharibə şəraitində idi. Həmçinin beynəlxalq aləmdə heç kim bizi tanımırdı. O zamanlar fikirləşirdik ki, respublikamıza lider gəlsin ki, bu məsələləri həll etsin və xalqımızın xilaskarı olsun. Bunun üçün yeganə ümid yerimiz ümumilli lider Heydər Əliyev idi. O zamanlar Heydər Əliyev gəldi və çox məsələləri həll etdi, qarşıdurmanı saxladı, atəşkəs rejimi bəpra etdi və gələcək Azərbaycan layihələrini həyata keçirdi. Daha sonra Bakı-Tibilisi-Ceyhan layihəsi həyata keçirildi. Bu layihədən sonra Bakı-Tibilisi-Qars layihəsi həyata keçirildi. Məhz bu layihələr hazırda Azərbaycanın inkişafın şərait yaradır. Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün, indiki qaragüruhçular həmin dönəmdə yaş məhdudiyyəti ortaya qoymuşdular. Lakin xalqın təkidli tələbi ilə Ulu Öndər hakimiyyət başına gəldi və, Azərbaycanı xilas etdi". 

Deputat qeyd edib ki, cənab Prezident verilən ərizələrə əsasən dövlət məmurlarını vəzifəsindən azad elədi:

"Bir məqamı başa düşmək lazımdır ki, 75-76 yaşda insanlar dincəlməlidir. Hesab edirəm ki, gələcəkdə Azərbaycanda pensiyalar elə bir səviyyəyə çatmalıdır ki, əhali pensiya yaşı tamam olan kimi işdən çıxsın. Gedib dincəlsinlər və özləri üçün yaşasınlar. Belə olduğu təqdirdə gənc nəslimiz üçün iş yerləri çox olacaq. Ona görə də ölkə başçısının verdiyi qərarlar ölkəmizin inkişafına xidmət edir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu