Bakıda faciə: 23 yaşlı fəhlə öldü

Neyrocərrahiyyə xəstəxanasında ölüm hadisəsi baş verib.

Lent.az -ın əldə etdiyi məlumata əsasən, bu barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən rayon prokurorluğuna bildirilib. Məlumatda göstərilir ki, oktyabrın 15-də Xətai rayonu, M.Mehdizadə küçəsində yıxılaraq kəllə-beyin travması ilə Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilən 1996-cı il təvəllüdlü Cəfərov Nahid Habil oğlu oktyabrın 22-də həmin xəstəxanada ölüb.

Aparılan ilkin araşdırma zamanı onun Xətai rayonu Telnov küçəsində birmərtəbəli tikiliyə dam örtüyü vurarkən yıxıldığı sübut olunub.

Hazırda faktla əlaqədar araşdırma davam edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu