Pentaqon: "YPG-yə görə Türkiyə ilə savaşmayacağıq"

Suriya kürd qüvvələri ucbatından ABŞ və Türkiyə arasında hərbi konflikt yaşanması mümkünsüzdür.

Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper CNN-ə müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ Suriyaya SDQ-ni NATO müttəfiqindən müdafiə etmək üçün qoşulmayıb. O, ABŞ-ın NATO-dakı müttəfiqləri ilə savaşmağa hazırlaşmadığını deyib.

Esper həmçinin Türkiyənin “Sülh çeşməsi” əməliyyatını keçirdiyi ərazidəki həbsxanalarda 11 min döyüşçünün olduğunu və onlardan yalnız 100-nün qaçdığını söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu