Gəncədə yeddi yaşlı oğlan itkin düşdü: Ana şübhəli bilinir

Gəncə şəhərində ikinci sinif şagirdi itkin düşüb. 

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Mahrasa Bağı ərazisində qeydə alınıb.

Oktyabrın 22-də yeddi yaşlı Əli Allahyarov yaşadığı Mahrasa Bağı, ev 21-dən günorta saatlarında məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı onun atası Gəncə şəhəri, Nizami Rayon Polis İdarəsinə müraciət edib. Ata uşağın anası tərəfindən aparıldığını iddia edir.

Qeyd edək ki, Ə.Allahyarov Gəncə şəhər 16 saylı tam orta məktəbin şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu