Komitə sədri: "Radikal müxalifət mitinq yox, təxribat törətmək niyyətindəydi"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov Milli Şuranın oktyabrın 19-da keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyanı pisləyib. 

Sherg.az-ın xəbərinə görə, E.İbrahimov deyib ki, radikal müxalifətin qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu göstərir:

"Qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə “Valdav” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlar, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra və 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə göşünündən əvvəl təşkil edilməsi heç də təsadüfi deyil. Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atdılar. Ölkədə bütün azadlıqların təmin olunduğu, sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmasına baxmayaraq, radikal müxaliflər mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd etdilər. Hesab edirəm ki, bu mitinq yox, təxribat törətmək niyyəti ilə edilib. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərmək istəyi göründü".

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu