Qazaxıstanda əlifba ilə bağlı təkmilləşdirmə işləri aparılır



Qazaxıstanda qazax əlifbasının latın qrafikası əsasında təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

AZƏRTAC xəbər verir ki, latın əlifbasına keçidlə bağlı yaradılan orfoqrafiya komissiyası bəzi hərflərin istifadəsində problemləri həll etməyə çalışır.

“Тіл-қазына” milli elmi-praktik mərkəzinin baş direktoru Askar Alibek bildirib ki, ölkənin regionlarında seminarlar, aprobasiya keçirilir. Yeni təqdim olunan əlifbada bəzi həriflərin istifadəsində problem daha dərindən öyrəniləcək və təkliflər veriləcək. Bundan başqa, yeni əlifbanın klaviaturalara yerləşməsi Unicode standartlarına uyğun gəlmir.

Qeyd edək ki, ölkə başçısı Kasım Jomart Tokayev iki il əvvəl qəbul edilən latın əlifbasındakı nöqsanların aradan qaldırılması üçün tapşırıq verib. Xatırladaq ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev 2017-ci ilin oktyabrında kirildən latın əlifbasına keçidlə bağlı fərman imzalamışdı. 2018-ci ildən etibarən bütün kitabların, 2025-ci ildən etibarən isə bütün rəsmi dövlət sənədlərinin latınca nəşrinə qərar verilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu