Texniki baxışla bağlı daha bir yenilik - 10 gün qalmış...

Texniki baxışla bağlı sürücülərə məlumat verilməsində yenilik edilib. Bu təşəbbüs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən irəli sürülüb və müsbət həllini tapıb.

İdarədən Lent.az -a verilən məlumata görə, BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, Baş DYP İdarəsi Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə “ASAN” xidmətə müraciət edərək texniki baxışın bitməsi barədə sürücülərə SMS vasitəsi ilə məlumat verilməsi xidmətinin yaradılmasını təklif edib.

Verilən təklif müsbət qiymətləndirilərək bu xidmət operativ şəkildə aktiv olunub.
Bundan sonra nəqliyyat vasitələrinin sahiblərinə texniki baxışın bitməsinə 10 gün qalmış SMS-lə məlumat verilməsi nəzərdə tutulur və növbəti texniki baxışdan keçirilməsinədək olan vaxt barədə də məlumat yazılır:

“Hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün yaradılmış elekton kabinetdə texniki baxışla əlaqədar müvafiq məlumatların yerləşdirilməsinə baxmayaraq, əvvəllər sürücülər narazılıq edirdi ki, texniki baxışdan keçmə vaxtını unutmuşam, üstündən 1-2 il vaxt keçib, yadımda qalmayıb, elektron kabinetdən də istifadə edə bilmirəm. Biz də bu problemi həll etmək üçün “ASAN” xidmətin köməyi ilə SMS məlumatlandırma xidmətini yaratmaq qərarına gəldik. Amma bunun üçün sürücülərin də atmalı olduğu bəzi addımlar var”.

Şöbə rəisi asanpay.az saytında qeydiyyatdan keçməyən sürücülərdən xahiş edir ki, həmin saytda FİN kod vasitəsilə elektron qaydada qeydiyyatdan keçsinlər və bu xidmət avtomatik olaraq həmin sürücülərdə aktiv olsun. Çünki sürücünün telefon nömrəsi sistemdə olmadıqda onlar bu xidmətdən yararlana bilməyəcəklər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu