Deputat: "Heç bir qüvvə İlham Əliyevlə xalq arasındakı birliyini poza bilməz"

“Prezident İlham Əliyev oktyabrın 21-də Hacıbala Abutalıbovu qəbul edərkən dərin mənanı özündə əks etdirən tarixi məqamlara toxundu”. 

Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat bildirib ki, Ulu Öndərin Bakıya qayıtdığı zaman onun hansı haqsızlıqlarla və çətinliklərlə üzləşdiyini dilə gətirən cənab Prezident indiki radikal qüvvələrin o zaman da Heydər Əliyevin geri dönüşünə mane olmaq istədiklərini vurğuladı: 

“Lakin xalqın inamına və dəstəyinə arxalanan Ümumilli Lider ölkənin taleyini öz çiyinlərinə alaraq yenidən hakimiyyətə qayıtdı. Ulu Öndər xalqın dəstəyi ilə bütün maneələri aşdı, destruktriv qrupları susdurdu. Azərbaycanı parçalanmadan, xalqı pərişan durumdan xilas etdi. Ölkənin bütünlüyünü təmin edən Heydər Əliyev qısa zaman ərzində Azərbaycanın hərtərəfli inkişafına, dövlətimizin dünyada tanınmasına nail oldu. Üstündən illər keçməsinə baxmayaraq, bu radikal qüvvələr təəssüf ki, balaca da olsa inkişaf etməyiblər. Köhnə xəyal və arzuları ilə indi də cəmiyyətin ürəyini bulandırırlar. Təbii ki, Prezident İlham Əliyev Heydər Əliyev məktəbinin yetirməsidir. Xalqın İlham Əliyevə olan inamı, etimadı çoxdur. Heç bir radikal qüvvə İlham Əliyevlə xalq arasındakı birliyini poza bilməz. Çünki, cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət siyasəti xalqın rifahına və ölkənin çiçəkli gələcəyinə hesablanıb. Radikal qüvvələr isə həmişə olduğu kimi yenə də tarixin arxivində qalacaqlar”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu