Qoşulmama Hərəkatının üzvlərinin hamısı Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir

“Qoşulmama Hərəkatının Zirvə Görüşünü təşkil etmək hər ölkəyə müyəssər olmur”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, Azərbaycan son 15 il ərzində bir çox mühüm beynəlxalq tədbirlərə, sammitlərə, dünya liderlərinin toplantısına ev sahibliyi edib: 

“Azərbaycanda mədəni, siyasi, idman və hərbi sahədə bir çox mühüm tədbirlər, yarışlar, konfranslar keçirilib. Bu ənənə günümüzdə də davam edir. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Hərəkata üzv olmaq Azərbaycan üçün təhlükəsizliyin təminatı deməkdir. Çünki bundan əvvəl NATO və KTMT rəsmi Bakıya üzvlüklə bağlı qeyri-rəsmi müraciətlər edirdi. Lakin biz Qoşulmama Hərəkatına üzv olmaqla geosiyasi oyunçulara bildirdik ki, Azərbaycan neytral, balanslı və sülhvərpər siyasət yeritməyə üstünlük verir”. 



Z.Məmmədovun sözlərinə görə, Qoşulmama Hərəkatına üzv olan dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir: 

“Digər ölkələrə nisbətən quruma yeni qoşulsaq da, qısa zaman sonra təşkilatın Sammitinə ev sahibliyi etmək hüququ əldə etdik. Bu məqamın özü Azərbaycanın həm Hərəkat daxilində, həm də beynəlxalq aləmdə nüfuzunu və imicinin yüksək olduğundan xəbər verir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu