Radikallar anti-Azərbaycan dairələrinin göstərişini yerinə yetirirlər

“Bunun adı nə müxalifətçilik, nə sərbəst toplaşmaq azadlığıdır. Bunun adı ölkəsinə, Vətəninə qarşı düşmənçilikdir”.  Bunu Sherg.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. 

Gənc fəal bildirib ki, sərbəst toplaşmaq azadlığı hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur: 

“Azərbaycan dövləti də hər zaman vətəndaşlarının bu hüququna hörmətlə yanaşıb. İqtidara qarşı müxalif mövqədə durmaq, hakimiyyətin hansısa siyasətini bəyənməyərək tənqid etmək də bütün demokratik cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da hər bir vətəndaşın haqqıdır. Ancaq Bakıda keçirilməsinə cəhd edilən qanunsuz etiraz aksiyası və ondan sonra baş verən proseslər həqiqətən olduqca təhlükəli və məyusedicidir. İnternetin verdiyi sərhədsiz imkandan, bu platformadakı idarəedilməz mühitdən istifadə edən radikal qruplar əməlli başlı Azərbaycana hücuma keçiblər. Ölkəmizi qaralamaq, iqtidara gəlmək üçün hətta şeytanla əməkdaşlığa belə hazır olanlar qibtə etdikləri Avropa ölkələrində etirazçılara qarşı nümayiş etdirilən qəddarlıq epizodlarından olan fotoları Azərbaycanda baş vermiş kimi təqdim edirlər”. 

F.Şahbazlının sözlərinə görə, onlar bu fotoları paylaşmaqla xalq arasında öz polisinə qarşı nifrət toxumları əkmək məqsədini güdürlər: 

“Radikallar xarici havadarlarının, Azərbaycan düşmənlərinin əllərinə ölkəmizə hücum etmək üçün səbəb vermək naminə hər şeyə hazırdılar. “Xidmət”lərinin nəticəsidir ki, fürsət gözləyən xarici media və QHT-lər guya Azərbaycanda xaos yaşandığı haqqında rəy yaratmağa, ölkəmizin beynəlxalq imicini zədələməyə çalışırlar”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu