Ətin qiyməti düşəcək, amma... - AKTUAL 

Vergi məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Alıcıları maraqlandıran əsas sual isə bu təklifin ətin qiymətinə necə təsir etməsidir.

İqtisadçı ekspert Fuad İbrahimov Sherg.az-a deyib ki, əhali ürək dolusu sevinə bilməyəcəklər:

"Təbii ki, bu təklif ətin qiymətinin aşağı düşməsinə hesablanıb. Ancaq arzuolunan nəticəni əldə etmək olmayacaq. Bu, yalnız supermarketlərdə satılan ətin qiymətinə təsir edəcək. Çünki marketlərdə ƏDV avtomatik olaraq qiymətin üzərinə gəlir. Bazarlarda, müxtəlif səyyar məntəqələrdə satılan ətin qiyməti isə, yəqin ki, dəyişməyəcək.

Çünki sahibkarlar hələ vergi orqanları ilə münasibətləri normaya salmayıblar. Nəzərə almaq lazımdır ki, ət adətən bazardan alınır. Çox az insan supermarketlərə üz tutur. Ona görə də düşünmək olmaz ki, ətin satışının ƏDV-dən azad edilməsi əsaslı dəyişikliyə səbəb olacaq".

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu