Mətbuat konfransı zamanı silahlı basqın - FOTO - VİDEO

Türkiyənin “Dənizlispor” klubunun rəhbərliyi “Fənərbaxça” ilə matçda yaşananlardan dolayı öz bazasında mətbuat konfransı keçirərkən basqına məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu klubun sabiq prezidenti Süleyman Urkay, onun qardaşı Zafer Urkay və Tuncay Bərbər adlı bir şəxs zorla mətbuat konfransına girmək istəyib.

Belədə klub rəsmiləri ilə bu üç insan arasında dava yaşanıb. Hətta zorla konfransa daxil olmaq istəyənlərdən birinin silah çıxarmağa cəhd göstərdiyi görünür. Hadisə yerinə gələn polis bu üç nəfəri ifadələrini almaq üçün bölməyə aparıb.  

Qeyd edək ki, “Dənizlispor”un prezidenti Ali Çətin bu hadisəni pisləyib.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu