Akademik: "Sağlam düşüncəli heç bir insan ölkədə iğtişaşları alqışlaya bilməz"

“Son günlərdə ölkədə vəziyyətin gərginləşməsinin arxasında xarici dövlətlərin müəyyən pozucu qüvvələri dayanır. Onlar inkişaf etməkdə olan Azərbaycanın müstəqil siyasəti ilə heç cür barışa bilmirlər. Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi faktı müəyyən qüvvələri olduqca narahat edir".

Sherg.az-ın xəbərinə görə, bu sözləri akademik, millət vəkili Gövhər Baxşəliyeva deyib.

Xanım deputat vurğulayıb ki, ölkəmizdə asayişi və sabitliyi hər bir yolla pozmağa çalışırlar:

"Bu qüvvələr Azərbaycan cəmiyyətində hərc-mərclik, ajiotaj yaratmaq, xalqı vahiməyə salmaq istəyirlər ki, Azərbaycandakı əlaltıları burada istədiklərinə nail olsunlar. Hesab edirəm ki, Azərbaycanda iğtişaşlar həm də ölkə daxilində özlərinin merkantil maraqlarını ümummilli mənafelərdən üstün tutan müəyyən qüvvələrin maraqlarına uyğundur. 19 oktyabr hadisələri bunu birmənalı şəkildə təsdiq etdi. Sağlam düşüncəli heç bir insan ölkədə iğtişaşları, hüquqi qaydanın pozulmasını alqışlaya bilməz. Gələcəkdə belə hadisələrin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Bundan ötrü ölkə ictimaiyyəti Azərbaycan dövlətinin və onun Prezidentinin ərafında daha sıx birləşməlidir. Bu gün Azərbaycan xalqı inamlı inkişaf yolundadır. O, yeni dövlət quruculuğu yolunda irəliləyir. Bu gün biz hamımız “Azərbaycan” adlı bir gəminin sərnişinləriyik və bu gəminin mənzil başına salamat gəlib çatması bizim hamımızın, yəni Azərbaycanın bütün vətəndaşlarının maraqlarına uyğundur. Bu gəmidə hər hansı qarşıdurmaya və fikir ayrılıqlarına yer olmamalıdır. Biz Azərbaycanın da başqa ölkələr kimi qanlı qarşıdurma arenasına çevrilməsinə imkan verməyəcəyik. Azərbaycan xalqı həmişə öz ərazi bütövlüyünün keşiyində durub və bundan sonra da duracaq". 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu