Bu şəxslər də ƏDV-dən azad edilir

Publik hüquqi şəxslərə vergi güzəşti tətbiq ediləcək.

APA -nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnaməsində nəzərdə tutulan və ona həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün büdcə qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.
Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu