Ramiz Mehdiyev AMEA tarixində bir ilk yaşatdı 

Akademik Ramiz Mehdiyevin AMEA prezidenti seçilməsilə qurum tarixində bir ilkə imza atılıb.

Axar.az xəbər verir ki, akademiyanın tarixində ilk dəfədir prezident humanitar-ictimai elmlər sahəsindən seçilib.

Qeyd edək ki, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi Azərbaycan Elmlər Akademiyasına çevrilib. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov (tibb elmləri doktoru) prezident seçilib. Sonrakı illərdə Yusif Məmmədəliyev (kimya elmləri doktoru) (1947-1950, 1958-1961), Musa Əliyev (geologiya-mineralogiya elmləri doktoru) (1950-1958), Zahid Xəlilov (riyaziyyatçı-alim) (1961-1967), Rüstəm İsmayılov (texnika elmləri doktoru) (1967-1970), Həsən Abdullayev (fizika-riyaziyyat elmləri doktoru) (1970-1983), Eldar Salayev (fizika-riyaziyyat elmləri doktoru) (1983-1997), Fəraməz Maqsudov (fizika-riyaziyyat elmləri doktoru) (1997-2000), Mahmud Kərimov (fizika-riyaziyyat elmləri) (2001-2013), Akif Əlizadə (Geologiya-mineralogiya elmlər doktoru) (2013–2019) Akademiyanın prezidenti olublar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu