Putin Orxan Camalın qətlini müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Afrika Respublikasının lideri Tuadera Fosten-Arkanjla rus jurnalistlərin bu ölkədə öldürülməsi ilə bağlı aparılan istintaqa dair müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.

Liderlər günahkar şəxslərin aşkara çıxmasına qədər istintaqın aparılması məsələsində razılığa gəliblər.

Qeyd edək ki, 2018-ci ilin yayında Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkmək üçün həmin ölkəyə səfər ediblər. Onları həmin qrupun yerləşdiyi bazaya, təlim məşq düşərgəsinə buraxmayıblar. Jurnalistlərin MAR-da fəaliyyət göstərmələri üçün akkreditasiyaları da olmayıb.

Jurnalist qrupunun MAR-na "Vaqner" barədə film çəkmək üçün rusiyalı müxalif milyarder Mixail Xodorkovski tərəfindən göndərildiyi bildirilib.

Xatırladaq ki, Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu