Metroda əlavə qatarlar hazır vəziyyətə gətirildi - RƏSMİ

Bu gün və sabah Bakıda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü ilə əlaqədar metroda əlavə qatarlar hazır vəziyyətə gətirilib.

Bu barədə Lent.az -a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, oktyabr ayının 23-dən ehtiyat qatarlar hazır vəziyyətdədirlər:

“Bildiyiniz kimi, gur saatlarda intervalı 2 dəqiqə təşkil etmək məqsədi ilə otuz cüt qatarla, digər vaxtlarda isə adi rejimdə çalışırıq. Zərurət və sıxlıq yaranacağı təqdirdə xəttə əlavə qatarlar buraxılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu