Qoşulmama Hərəkatına sədrlik: Ölkəmizin əlində artıq beynəlxaq tribuna var

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin əlinə beynəlxaq tribuna verdi”.  Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, bu vasitə ilə dünyanın 100-dən çox ölkəsindən siyasi dəstək ala biləcəyik: 

“Qoşulmama Hərəkatının Bakı sammiti və sədrliyin Azərbaycana keçməsi, ölkəmizin üzv dövlətlər arasında nüfuznun artmasına səbəb olacaq. Həmçinin, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında başlıca platforma rolunu oynayacaq. Ölkəmizə səfərə gələn üzv dövlətlərin Azərbaycanla siyasi əlaqələr sıxlaşacaq. Azərbaycan Afrika, Latın Amerikası və Çənubi Şərqi Asiya ölkələri ilə əlaqələrinin dərinləşdirməsi mühüm əhəmiyyət kəsb edir. Bu ölkələrin BMT və digər beynəlxalq təşkilatlarda dəstəyi ölkəmiz üçün vacibdir. Azərbaycan bu təşkilatın inkişafında öz siyasi məqsədləri üçün maraqlı olmalıdır”.



Politoloq: "Bu vasitə ilə dünyanın 100-dən çox ölkəsindən siyasi dəstək ala biləcəyik"


Siyasi şərhçinin sözlərinə görə, ölkəmiz böyük dövlətlərin maraqlarının kəskin toqquşduğu Cənubi Qafqaz regionunda yerləşir: 

“Məhz bu geosiyasi rəqabətin nəticəsidir ki, uzun illərdir ki, Azərbaycanın 20 faiz əraziləri işğal altındadır. Ölkəmiz bu işğalın aradan qaldırılması istiqamətində bu təşkilatın siyasi platformasından istifadə etməlidir. Öz mövqeyini gücləndirməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu