Təcili yardım briqadalarının sayı artırılmalıdı - AKTUAL

Belə olsa, heç bir problem yaranmaz və həkimlər də çağırışlara vaxtında, gecikmədən gedər



Bakıda bir gün ərzində təcili tibbi yardıma müraciət edənlərin sayı bəlli olub. Bu barədə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının məlumatında bildirilib. 
Məlumatda qeyd olunur ki, gün ərzində təcili tibbi yardıma 2000-2020 arası müraciət edilib.

Təcili Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında başqa vaxtlara nisbətən bu sayın böyük olmadığını dedi: 

"Qrip epidemiyası zamanı rəqəm bundan da böyük olur. Epidemiya müddətində çağırışların sayı 2500-2700-ə çatır. Paytaxtda 22 təcili yardım stansiyası fəaliyyət göstərir. 2000-2020 müraciət o deməkdir ki, hər stansiyaya 100 çağırış düşür. Təcili yardım stansiyalarında həkim briqadalarının sayı yetərli olsa, heç bir problem yaranmaz və həkimlər də çağırışlara vaxtında, gecikmədən gedər. Hesab edirəm ki, son illər paytaxt əhalisinin sayının artdığı, eləcə də şəhərin özünün böyüdüyü nəzərə alınaraq təcili yardım briqadalarının sayı da artırılmalıdır". 

“Ən çox çağırış əsasən hansı xəstəliklərlə bağlı olur” sualına cavabında isə Ş.Məmmədov ilk sırada ürək-damar xəstəliklərinin dayandığını dedi: 

"İlk üçlükdə ürək çatışmazlığı, hipertaniya (qan təzyiqi) və şəkər xəstəliyidir. Bunlardan sonra qrip, mövsümi xəstəliklər, soyuqdəymə, onkoloji və digərləri gəlir". 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu