Putin və Makron Rusiya-Türkiyə danışıqlarının nəticələrini müzakirə ediblər



Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron ilə telefon söhbətində oktyabrın 22-də Soçidə keçirilmiş Rusiya-Türkiyə danışıqları barədə ətraflı məlumat verib.

AZƏRTAC xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət zamanı görüşdə qəbul edilmiş memorandumda əksini tapan və Suriya münaqişəsinin bütün tərəflərinin maraqlarının nəzərə alındığı qərarların Suriyanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına kömək edəcəyi bildirilib.

Emmanuel Makron Rusiya və Türkiyə arasında əldə edilmiş razılığı yüksək qiymətləndirib. Rusiya və Fransa prezidentləri Soçi memorandumunun Suriya böhranının nizama salınmasına təkan verəcəyini vurğulayıb, Suriya Konstitusiya Komitəsinin oktyabrın 30-da Cenevrədə keçiriləcək birinci iclasının öz bəhrəsini verəcəyinə ümid ifadə ediblər.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu