Pula, pul demir: Ata yurduna dönüb, soxulcan gübrəsi istehsalına başladı - FOTOLAR

 
İstanbulda 15 il fərqli peşələrdə çalışan Taha Çakır, soxulcan gübrəsi çıxarmaq üçün yurduna dönüb. O, indi ayda təxminən 4 ton gübrə istehsal edir.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, İstanbulda uzun illər minimum məvacibə fərqli işlərdə tər tökən 29 yaşlı Taha Çakır, son çalışdığı iş yerini ziyarət edən bir soxulcan gübrəsi istehsalçısının danışıqlarından təsirlənərək bu sektora yönəlməyə qərar verib.
O, İstanbuldan ata yurdu Malatyanın Darende qəsəbəsində dönüb. İzmirdən aldığı 100 min soxulcanla evinin alt mərtəbəsində ilk sınağını etdi, əldə etdiyi nəticə sonrasında böyük bir soxulcan gübrəsi istehsal çadırı qurdu.





İlk etapda 50 min lirə tapıb bu sahəyə sərmayə qoyan Çakır, daha sonra işçi və xam maddəyə ehtiyac duymadan 3 il yarıma xərclərini çıxardı və yaxşı bir gəlir əldə etməyə başladı. Qısa müddətdə bu sahəni inkişaf etdirən Çakır, indi 15 milyondan çox soxulcanla illik 50 tonu aşan kübrə istehsal edir.

Soxulcan gübrəsi istehsalından qısa müddətdə yaxşı nəticələr əldə etdiyini bildirən Taha Çakır, qəsəbədə professional olaraq bu işi görən başqa kimsənin olmadığını ifadə edir. O,  son bir ildə mövcud yerini də genişləndirib. Hazərada 400 kvadrat metrlik bir sahədə gübrə çıxarır.
İlk əvvəl pulla aldığı soxulcanların sayı 15 milyonu aşdı.

Özümə xas qurduğum hovuz sistemi ilə ayda 4 ton gübrə almaq imkanım var. Burada tək başıma iş görürəm.
Altı aydan bir hasat olur. Ən böyük dəstəkçim həyat yoldaşımdır. Onunla bu işləri böyük bir keflə edirik." deyə danışır.

Çakır İstanbuldan Malatyaya dönən zaman ətrafındakılar onun bu işi bacarmayacağını söyləyiblər:

-Soxulcan gübrəsi çıxaracağam" deyəndə dostlarım mənə lağ etdilər, kimsə mənə inanmadı. Çox araşdırdım, özümə inandım, sınadım və oldu. Sonra pul qazanmağa başladım. İnsanlar bizi tanıdıqca işlərimiz artdı və indi başda ailəm olmaqla, hər kəs mənimlə qürur duyur, təbrik edir.
Təbii ki, heç bir iş asan deyil. Bu işin də çətinliyi var. Lakin müştərilərimin sayı artıqca , ticarətim artdıqca xoşbəxt oluram. Şövqüm artır və hər keçən gün işi böyütmək üçün yer axtarıram.

Çakır deyir ki, məqsədi Malatyada ərik istehsalçılarını soxulcan gübrəsiylə tanış etmək, kimyəvi gübrəylə çirklənmiş bağçaları yenidən zəngin hala gətirib, səmərəsini artırmaqdır.


Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu