Pambıq tarlaları toy studiyası oldu: Axın etdilər


Türkiyənin əhəmiyyətli pambıq istehsal mərkəzlərindən biri olan  Aydının Söke qəsəbəsində pambıq tarlaları, toy fotoqraflarının studiyası oldu.





Sherg.az türk mediasına istinadən xəbər verir ki, Trakyada günəbaxan, Ispartada gül və lavandra bağçaları, son illərdə toy fotoqraflarının bəyənilən məkanları arasına girdi. Bunlardan bir yenisi də Aydın şəhərində yaşandı. Sökedə bəzi toy fotoqrafları gəlin və bəyin ətraf çəkilişlərini pambıq tarlalarında etməyə başladı.



Aydında 3 ildir toy şəkilləri çəkən Sedat Ünlü, təxminən 1 ildir pambıq tarlalarında çəkilişlər apardığını söyləyir. Ortaya çıxan gözəl fotolara görə yeni gəlin adayları da pambıq tarlasında çəkiliş tələb etdiyini ifadə edən Sedat, "Gəlin paltarı ilə bir az çətin olur. Kimisi ikinci paltar gətirir, amma bəyəndikləri üçün tarlada çəkilişlərə istəkli olurlar." deyir. Çəkilişə gələn gəlin Sibel Bilmez isə fotoları çox bəyəndiyini söyləyir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu