YPG/PYD terror təşkilatı Türkiyə sərhədindən çəkilməyi qəbul edib


Əsasını PKK terror təşkilatının Suriya qolu YPG/PYD təşkil edən Suriya Demokratik Qüvvələri Soçi razılaşmasının şərtlərini tamamilə qəbul etdiyini və Türkiyə sərhədindən çəkilməyə başladıqlarını bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda YPG/PYD terrorçularının bu barədə qərarı Rusiya tərəfi ilə intensiv müzakirələrdən sonra qəbul etdikləri qeyd olunub.

Bəyanatda bildirilib ki, Rusiya tərəfinə müraciət olunub və rəsmi Dəməşq ilə konstruktiv dialoqun qurulmasının təmin olunması istənilib.

Xatırladaq ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Barış bulağı" əməliyyatına başlayıb. Türkiyə ABŞ-la əldə edilən razılaşmaya uyğun olaraq əməliyyata 120 saat ara verib və bu müddətdə terrorçular Tel-Abyad və Rəsulayn bölgələrini tamamilə tərk edib. Oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya arasında əldə edilən razılaşmaya əsasən, YPG/PYD terrorçuları Türkiyə sərhədindən 32 km geri çəkilməli, Menbiç və Tel-Rıfat bölgələrini tamamilə tərk etməlidirilər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu