120 ölkə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üzrə səylərini dəstəklədi


Ermənistanın və onun havadarlarının Azərbaycanın imicini dünya ictimaiyyətinin gözündə ləkələmək üçün hər cür səy göstərməsinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük diplomatik uğurlara imza atıb.

"Sherg.az" bildirir ki, bunu Trend-ə "PolitRUS" ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov deyib.

Rusiyalı ekspert qeyd edib ki, Qoşulmama Hərəkatının Zirvə Görüşü 4 sənədin qəbulu ilə yekunlaşdı: "Yekun Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub. Zirvə Görüşündə iştirak edən ölkələr Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəklərini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üzrə səyləri ilə həmrəyliklərini ifadə ediblər. Bu isə Ermənistanın 120 ölkə tərəfindən işğalçı dövlət kimi tanınması deməkdir".

Ekspert hesab edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istəyini nümayiş etdirmək əvəzinə, Ermənistan tərəfi qəribə insanların Azərbaycanda milli azlıqların hüquqlarının pozulması haqqında uydurma hekayələr söylədikləri çox qəribə tədbirlər həyata keçirir: "Münaqişənin bir tərəfinin yalan və təxribatları, bildiyiniz kimi, sülhə yaxınlaşdırmır, ikinci tərəf bunun üçün əlindən gələni etsə belə".

"PolitRUS" ekspert-analitik şəbəkəsinin rəhbəri həmçinin Ermənistan nümayəndə heyətinin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə müşahidəçi ölkə qismində (status Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlülüyü ilə təyin edilib) iştirak etməməsi məsələsinə də toxunub. Rusiyalı politoloq bunu Nikol Paşinyanın hökuməti tərəfindən qafilliyin nümayişidir: "Aydındır ki, rəsmi Bakı Yerevana Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verərdi, çünki yüksək səviyyədə beynəlxalq nüfuzuna dəyər verir. Düşünürəm ki, məhz bu Paşinyanı və komandasının üzvlərini qorxutdu, çünki bu erməni təbliğatının öz vətəndaşlarına danışdığı Bakının "nifrət və qəddarlıq" siyasəti ilə bağlı miflərinin yalan olduğunu göstərəcəkdi. Başqa cür olsaydı, bu, yeni Ermənistan rəhbərliyinin sülh və mehriban qonşuluq arzusu ilə bağlı yüksək açıqlamalarının təsdiqi olardı".

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib. Görüşdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu