Əl-Bağdadini o ələ verib - TƏFƏRRÜAT

İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin öldürülməsinin yeni təfərrüatı məlum olub.  Bununla bağlı “Reuters” məlumat yayıb. 

Məlumatlara əsasən, Bağdadinin onun köməkçilərindən biri ələ verib. 

İsmael əl-Etavi 2008-ci ildə amerikalılar tərəfindən  tutulub və dörd il həbsxanada yatıb. 

Əl-Bağdadinin dəqiq yerinin məlum edilməsi ABŞ, Türkiyə və İraq kəşfiyyatçılarının birgə əməliyyatı zamanı üzə çıxıb. Onlar bir neçə terrorçunu saxlayaraq, Suriyada əl-Bağdadinin yerini müəyyən ediblər.

Daha sonra məlum olub ki, İŞİD rəhbəri İdlibin rayonlarından birində ailəsi ilə birlikdə gizlənir. İdlibdəki bazarlardan birində İraq xüsusi xidmət orqanları İsmael əl-Etavini izləyiblər. 

Əl-Etavi dronlar və peyk vasitəsilə izlənib və Türkiyə kəşfiyyatçıları tərəfindən tutularaq İraq tərəfinə verilib. Bundan sonra o, İŞİD rəhbərinin yerini açıqlayıb. 

Əl-Bağdadinin öldürülməsini dünən ABŞ Prezidenti Donald Tramp təsdiqləyib. 

Rusiya Müdafiə Nazirliyi isə ABŞ tərəfinin İŞİD rəhbərinin öldürülməsi ilə bağlı sübutunun olmadığını açıqlayıb. 

ABŞ tərəfi aparılan əməliyyat zamanı əl-Bağdadinin özünü üç uşağı ilə birlikdə partlatdığını bildirib. Yayılan informasiyalardan birində əl-Bağdadinin qalıqlarının dənizə atıldığı qeyd edilib. 

Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl də Usama Bin Ladenin qalıqlarını dənizə atmışdı. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu