Azərbaycan və ABŞ Müdafiə nazirləri görüşdü

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilmiş toplantısı çərçivəsində ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ Müdafiə naziri Mark Esperlə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Azərbaycanla ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini, o cümlədən, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də, regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüşdə sülhməramlılarımızın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu