İrəvan təşviş içindədir:  Erməni rəsmiləri sərsəm bəyanatlar verməyə başlayıb

“İşğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması ilə bağlı fəaliyyətimiz artdıqca Ermənistan rəsmiləri təşviş içində bəyanatlar verməyə başlayırlar”.

Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. 

Partiya funksioneri bildirib ki, Ermənistan müdafiə naziri D.Tonoyanın növbəti sərsəm bəyanatı dünya ictimaiyyətinin diqqətini bölgəyə yönəltmək və münaqişənin hərbi macəraya düşməsinin qarşısnı almaqdan ibarətdir: 



Politoloq: "Prezident İlham Əliyevin “hücum taktikası” özünü doğruldub"


“Azərbaycan Prezidentinin Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətindəki çalışmaları ciddi təsirini göstərməkdədir. Qoşulmama Hərəkatı ölkələrinin Bakı Sammitində Azərbaycanın siyasi dəstək alması erməniləri yenidən hərkətə gətirib. 3 il müddətində Azərbaycanın beynəlxalq arenada mühüm tribunaya sahib olması bizim üçün yaxşı fürsətdir. Bu imkandan maksimum yararlanmalıyıq. Ermənistan rəsmilərinin bu sayaq bəyanatları isə artıq əks həmlə xarakteri daşıyır. Prezident İlham Əliyevin “hücum taktikası” özünü doğruldub. Bu yaxınlarda Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “guya əllərində münaqişənin həlli paketi olması barədə bəyanatı” da bizi rahatlamaq məqsədi daşıyırdı. Ermənistan tərəfi münaqişənin onların “qələbəsi” ilə yekunlaşdığını iddia edir. lakin Azərbaycan diplomatiyası  hüquqi cəhətdən bu işğalın rəsmiləşməsinə imkan vermir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu