İŞİD liderinə qarşı əməliyyatda bu itin inanılmaz xidmətləri olub – Tramp paylaşdı


Amerikanın Əl-Bağdadiyə qarşı həyata keçirdiyi əməliyyatda it də iştirak edib. 

“Sherg.az” “Lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donad Tramp öz Tvitter hesabında yazıb. Ağ Ev rəhbəri həmin itin fotosunu da paylaşıb.

Amma o, itin adını sırf təhlükəsizlik məsələsinə görə, gizli saxlayıb. ABŞ generallarının verdiyi məlumata görə, bu it  İŞİD liderinə qarşı təşkil olunan əməliyyatda inanılmaz xidmətlər göstərib.

ABŞ ordusunun qərargah rəisi bildirib ki, it əməliyyat zamanı yüngül xəsarət alıb, hazırda  isə tam sağalıb. 

Qeyd edək ki, D.Trampın paylaşımından bir saat sonra itin fotosunu 120 min adam bəyənib. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu