Diplomatik zərbələrimiz çoxalır: Ermənistanla hər cəbhədə mübarizə aparmalıyıq

“Ermənilərin mübarizə meydanlarından biri də budur. Ermənistan tərəfi çalışır ki, xırda təbliğat formaları ilə Dağlıq Qarabağdakı qondarma rejimi təbliğ etsinlər və dünyayda tanıtsınlar”.

Bunu Sherg.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. 

QAT sədrinin sözlərinə görə, bizim borcumuz düşmənin istənilən istiqamətdə apardığı təbliğatı sıfıra endirməkdir: 

“Bu prosesdə həm dövlət qurumları, həm də diaspora təşkilatları yaxşı işləməlidir. Əslində bu istiqamətdə görülən tədbirlər hiss olunmaqdadır. İndiyə qədər Fransada 14 şəhər məhkəməsi qondarma rejimlə imzalanmış qanunsuz “dostluq xartiyası”nı ləğv edib. Aldığım məlumata görə, birbaşa Azərbaycan səfirliyinin təşəbbüsü ilə tanınmış fransız vəkil bu işə cəlb edilib. Yaxşı işlədiyi üçün 14 müqavilənin ləğvinə nail olub. Azərbaycanın diplomatik zərbələrindən pis vəziyyətə düşən ermənilər də sakit dayanmırlar, əks-hücuma keçirlər. Ermənistan tərəfi müəyyən qədər boşluğu doldurmaq üçün yeni “müqavilələr” imzalamağa çalışır.



Ona görə də biz hər istiqamətdə işlərimizi sürətləndirməliyik və düşmənin təbliğatını sıfıra endirməliyik. Yəni bu, bir mübarizə meydanıdır və meydandan geri çəkilməməliyik. İmkan verməməliyik ki, ermənilər özlərini “qələbə” qazanmış kimi hiss etsinlər. Ümumiyyətlə, son dönəmlər proseslər xeyrimizə dəyişir. Məsələn, Fransada məhkəmə qərarları ləğv edildi, Rusiyada Zatulinə qarşı çıxışlar oldu, Azərbaycanlı xanım jurnalist Kaliforniyada əsaslı mövqe ortaya qoydu. Diaspora təşkilatlarımızda da müəyyən canlanma var. Bu işləri daha gücləndirməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu