612 evsiz adam küçədə ölüb – Sığınacaqlara çağırış

 
2018-ci ildə Fransada 612 evsiz adam küçələrdə ölüb.
«Sherg.az» «Lefigaro.fr»ə istinadən xəbər verir ki, Fransada Küçədə ölənlərlə bağlı Yaradılan Şuradan verilən məlumata görə, 2018-ci ilin nəticələri 2017-ci ilin nəticələri ilə müqayisədə 15 faiz artıb.

Məlumatda o da qeyd olunub ki, Fransada orta yaş həddi 82 götürülsə də, küçədə ölən kişilərin orta yaşı 48-dir. Onların ölüm səbəbləri də müxtəlifdir. Kimisini avtomobil vurur, kimisi hücuma məruz qalır, kimisi isə özünə qəsd edir.

Ölənlərin 41 faizi fransızlardır, 14 faizi Avropa Birliyinə üzv ölkələrdə anadan olub, sonradan Fransaya gələnlərdir, 19 faizi isə AB-ə üzv olmayan ölkələrin vətəndaşlarıdır,  26 faizinin isə hansı millətdən olması müəyyən edilməyib. 

Küçədə ölən qadınların sayı kişilərlə müqayisədə azdır. Onlar 9 faiz təşkil edir. Onların orta yaş həddi 46-dır. 
Sonda Küçədə ölənlərlə bağlı Yaradılan Şura Fransadakı sığınacaqları bu cür məsələlərə daha həssas yanaşmağa çağırıb. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu