Bakıda ailənin bütün üzvləri dəm qazından zəhərləndi

Xəzər rayonunun Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Lent.az bildirir ki, Səhiyyə Nazirliyinin Facebok səhifəsində verilən xəbərə görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu