Prezidentin qadınlara tövsiyəsi yerindədir: "Xanımlar işləməli, asılı olmamalıdırlar"

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində olub. Ölkə başçısı müəssisənin qadın kollekti ilə görüşüb, eyni zamanda onlara bəzi tövsiyələr verib:

“Arzu edirəm ki, bu müəssisədə yaxşı işləyəsiniz. Həm ailə büdcəsinə töhfə verəsiniz, həm də ərlərdən bir qədər az asılı olasınız. Və burada gözəl sənətimizi yaşadasınız”.



Mehriban Zeynalova: "Prezidentimizin qadın probleminə diqqət ayırmasının özü olduqca müsbət haldır"


“Təmiz Dünya” Qadınlara Yadım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında qeyd edib ki, cənab Prezidentin bu mesajı qadınların stimullaşması və peşə bacarıqlarına diqqətin artırılması məqsədi daşıyır:

“Ölkə başçısı bu çıxışı ilə əksər zorakılıq hallarının iqtisadi asılılıqdan, peşə bacarığının olmamasından irəli gəldiyi barədə məlumatlı olduğunu göstərdi. Eyni zamanda prezidentimizin qadın probleminə diqqət ayırmasının özü olduqca müsbət haldır. Yəni, qadınların vəziyyəti ilə bağlı mesajı verməsi göstərir ki, zorakılıq hadisələrində əsas səbəblərdən biri qadınların kişilərdən asılı olmasıdır.

Prezident bu tövsiyəni verərək qadınların daha güclü olmasını və öz sahələri üzə peşəkarlığın artırılmasını istəyir. Həmçinin xalçaçılıq sənəti milli adət-ənənələrimizin və mədəniyyətimizin qorunması üçün yaxşı sənətdir. Fikrimcə, qadınlarımız düşünməlidir ki, cənab Prezident özü qadınların problemləri ilə bağlı diqqəti artırır. Ona görə də onlar daim öz üzərilərində çalışmalıdırlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu