Azərbaycanın kosmik uğuru: 2022-ci ildə Bakıda tarixi hadisə yaşanacaq

“2022-ci ildə Bakıda Beynəxalq Astonavtika Konqresinin keçirilməsi tarixi hadisədir”. Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat qeyd edib ki, sovetlər dövründə birinci dəfə Beynəxalq Astonavtika Konqresinin keçirilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub:

“Bu, köhnə sovetlər məkanında olan ölkələr arasında Azərbaycanın liderliyi idi. Dünya Astonavtika Qurumuna daxil olan ölkələr ölkəmizdə bu Konqresin keçirilməsinə etimad göstəriblər. Bu bizim uğurumuzdur. Təbii ki, bu uğurun da təməlində ölkə başçısının apardığı beynəlxalq daxili siyasət dayanır. Birincisi odur ki, ölkəmiz daxili siyasətdə sabit bir məkana çevrilib. Həm də Azərbaycanda son illər cənab prezident rəhbərliyi altında kosmik sənayenin inkişafı ilə bağlı müxtəlif uğurlar əldə edilib. Azərbaycan kosmik sahədə xidmətlər göstərir və Kosmik Klubun üzvünə çevrilib. Bu da böyük və tarixi qələbə hesab olunur. Hazırda Azərbaycan balaca ölkə olmasına baxmayaraq kosmik sahədə öz yeri olan ölkələrdəndir”. 



Deputat: "Bütün beynəlxalq konqreslərdə və hərəkatlarda Azərbaycan lider ölkə kimi qəbul olunur"


A.Badamov bildirib ki, Azərbaycan yüksək texnologiyaların inkişaf etməsi istiqamətində mühüm addımlar atır: 

“Bütün dünya ölkələri Azərbaycanın uğurlarını görür. Beynəlxalq miqyasda ölkəmiz etibarlı tərəfdaş kimi də formalaşır. Dünyada Azərbaycanın dostları günü-gündən artmaqdadır. Bütün beynəlxalq konqreslərdə və hərəkatlarda Azərbaycan lider ölkə kimi qəbul olunur. Çünki bizim beynəlxalq tədbirlərin həyata keçirilməsində təcrübəmiz var. Azərbaycan müasir texnologiyalar innovasiyasının inkişaf etdirilməsində maraqlıdır. Bütün bunları nəzərə alaraq konqresin Azərbaycanda keçirilməsi böyük qələbədir. Azərbaycanda bu konqresin keçirilməsi yeni texnologiyaların inkişafı və astornavtika ilə bağlı innovasiyaların ölkəmizə gətirilməsində böyük rol oyanacaq. Təbii ki, bu da, ölkəmizdə astonavtikanın müasir təməllər üzərində qurulmasının sürətləndirilməsi kimi qiymətləndirilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu