Hesablama Palatası 25 milyard manatlıq xərclərə “HƏ” dedi

Oktyabrın 30-da Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, iclasda “2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələrinə verilmiş rəyləri ətraflı müzakirə olunaraq təsdiq edilib.

Sənədlərin Milli Məclisdə müzakirəsi tövsiyə olunub.

Bundan başqa, iclasda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan “Azərsu” ASC-yə ayrılmış vəsaitlərin istifadəsinə dair nəzarət tədbiri üzrə Auditor Hesabatı da müzakirə edilib.

Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatın göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiqlənib.

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu