Heyvanlar da özlərini müalicə edə bilirlər – NECƏ? 

 
Məlum olduğu kimi, bəzi heyvanlar da insanlar kimi özlərini müalicə edə bilirlər. «Sherg.az» «sciencesetavenir.fr»in bu yöndə araşdırmasını təqdim edir. Araşdırmada qeyd olunur ki, bəzi heyvanlar da insanlar kimi özlərini müalicə edə bilirlər. Məsələm, Meksika donuzları bağırsaq qurdlarına  qarşı özündə təsirli alkaloid ehtiva edən nar kökləri axtarırlar. Bu nar köklərini yedikdən sonra bu virus onların canından çıxır.

Hindistan pələngləri müxtəlif növ otlardan yeyərək bağırsaqlarını parazitlərdən təmizləyirlər. Cənubi Amerikada yaşayan canavarlar mədə pozğunluğuna qarşı « Solanaceae» adlı bitki yeyirlər. 

Primatoloq Sabrina Krief «Les chimpanzés des Monts de la Lune » əsərində şimpanzenin xəstə olduqda müxtəlif bitkilər tərəfindən necə müalicə edildiyini izah edir. Xanım Krief müşahidələri sayəsində tərkibindəki farmakoloji fəaliyyətə layiq olan iyirmi yeni molekulu ayıra bilib.

O yazır ki, şimpanzelər  xəstəliklərin qarşısını almaq üçün  « Trichilia rubescens » yarpaqlarını yeyirlər. Bu yarpaqlar özündə malyariyaya qarşı qoruyucu molekulları ehtiva edir. 

« Monarx » kəpənəkləri kardenolidlər, zəhərli molekullar istehsal edən südlü bitkilərlə qidalanır. Onlar tez-tez «Ophryocystis elektroscirrha » adlı bir parazit vasitəsilə infeksiyaya yoluxurlar. Tədqiqatçılar südlü bitkilərin monarx kəpənəklərində parazitar infeksiyaları azaltdığını söyləyir. Çiçək nektarında olan aktiv maddələr «Bombus impatiens» adlı arıların parazitar infeksiyalarını azaldır. 

Bundan başqa, it və pişiklər də başları ağrıyan zaman «yemlik » və başqa otlardan yeyirlər ki, bu da onların baş ağrılarını aradan qaldırır. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu