Rusiya XİN: "Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə dair müzakirələr gedir"

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in Baş katibi Tomas Qremingerlə danışıqlar aparıb, danışıqlarda Dağlıq Qarabağ münaqişəsi ətrafındakı situasiya da müzakirə edilib.

Lavrov deyib ki,  Rusiya ATƏT-in Dağlıq Qarabağ mqünaqişəsinin həllinə yönələn səylərini dəstəkləyir.

“Biz ATƏT-in Dağlıq Qarabağa dair razılığa nail olmaq istiqamətindəki fəaliyyətini dəstəkləyir, Cənubi Qafqazdakı sabitliyə dair Cenevrə müzakirələrinin əhəmiyyətini qeyd edirik”, – rusiyalı nazir vurğulayıb.

Lavrov bildirib ki, Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərini yaxınlaşdırmaq və onları kompromislər mövqeyinə çıxarmaq üçün səyləri davam etdirməlidir.

“Aprel ayında burada həqiqətən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə görüşü oldu. Çox yaxşı, canlı və açıq diskussiya aparıldı, yekun olaraq perspektivdə etimadın möhkəmləndirilməsinə yönələn bir sıra humanitar xarakterli addımların atılmasına, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair siyasi dialoqa mümkün perspektiv yanaşmalar analizinə dair ümumi mövqe nümayiş etdirildi”,-Sergey Lavrov deyib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, elə həmin görüşdə tərəflərin girovları , əlak olanların cənazələrini mübadilə etməsi, etimad atmosferini irəlilətmək və vəziyyəti bir az yumşaltmaq üçün jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi müzakirə olunub.

Lavrov əlavə edib ki, hazırda münaqişə tərəfləri arasında Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinə dair dialoq gedir. “Buna ümid var”,-nazir bildirib.

“Saxlanılan şəxslərlə bağlı situasiya daha az optimistdir, lakin biz hər halda bundan çıxış edirik ki, həmin istiqamətdə irəliləmək lazımdır”,-Lavrov qeyd edib. Rusiya xarici işlər naziri tərəfləri “emosional bəyanatlardan” çəkinməyə çağırıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu