İzləyənlər şok oldu: Əvvəl ətrafa boylanır, sonra pişiyi təpikləyərək öldürür 


Türkiyənin İzmir şəhərinin Karşıyaka qəsəbəsində şəxsiyyəti naməlum olan bir nəfər pişik balasını təpikləyərək öldürdüyü anlar ətrafdakı iş yerinin təhlükəsizlik kamerasında əks olundu.



Hadisə, dünən saat 16.00 radələrində baş verib. İddiaya görə, şəxsiyyəti təyin oluna bilməyən bir adam, mənzil sakinləri tərəfindən qidalandırılan pişik balasına bir neçə təpik atıb. Təpiklərdən xilas olan pişik, mənzilin bağçasındakı bir ağacın arxasında gizlənib. Qansız adam  pişiyi gizləndiyi yerdə yenə təpikləyərək öldürüb.

O anları, ətrafda olan bir iş yerinin təhlükəsizlik kamerası qeyd edib. Görüntülərdə, naməlum adam binanın kənarındakı pişiyi təpiklədikdən sonra yenə ağacın arxasına gedir. O, ətrafı nəzarət etdikdən sonra pişiyi yenə təpikləyərək öldürür və bütün görüntülər kamerada əks olunur. Pişiyi öldürdükdən sonra biriylə danışan adam hadisə yerindən uzaqlaşır. Ətraf sakinlərinin şikayəti ilə heyvan qatilinin tutulması üçün iş başlanılıb.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu